...

Gəncə polisi qaz sayğaclarına müdaxilə ilə bağlı faktları araşdırır

Siyasət Materials 18 Dekabr 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhərində qaz sayğaclarına qanunsuz müdaxilə halları artıb. "Qaz sayğaclarına qanunsuz müdaxilə ilə bağlı son bir ayda 127 fakt şəhər Polis İdarəsinə göndərilib", çərşənbə axşamı Trend ə Gəncə Qaz İstismarı İdarəsinin rəisi Rəfil Əliyev bildirib.

Gəncədə istifadə olunan qazın dəyərini yığmaq məqsədilə 200 manatdan çox borcu olan 41 min abonentin siyahısı onlarla əlaqə saxlamaq üçün bələdiyyələrə göndərilib.

Əliyev müdaxilə hallarına yeni quraşdırılan Smart kart tipli sayğaclarda da rast gəlindiyini qeyd edib. Onun sözlərinə görə, yeni tipli sayğaclara müdaxilə ilə bağlı üç fakt aşkarlanıb.

Gəncədə 66 min qaz abonenti var. Onlardan 11 min 700-ü Smart kart tipli sayğaclarla təmin edilib. Gələn ilin iyun ayına kimi isə abonentlərin hamısının bu tip sayğaclarla təmin ediləcəyi planlaşdırılır. Sayğacın qiyməti 115 manatdır.

İdarə rəisinin bildirdiynə görə, ötən ay Gəncədə istehlak olunan qazın dəyərinin 60,2 faizi yığılıb. Yığılan pulun 60 min manatı Smart kart tipli sayğaclı abonentlərin (11 min 700), 99 min manatı isə mexaniki sistemlə işləyən sayğaca malik abonentlərin (55 min) payına düşür.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti