...

Beynəlxalq təşkilatların nümayəndələrinin Dağlıq Qarabağa səfərləri bilavasitə Azərbaycan ərazisindən gerçəkləşməlidir - nazir

Siyasət Materials 19 Dekabr 2007 00:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Beynəlxalq təşkilatların nümayəndələrinin Dağlıq Qarabağa səfərləri bilavasitə Azərbaycan ərazisindən gerçəkləşməlidir. Belə bir bəyanatla dekabrın 18-də XİN başçısı Elmar Məmmədyarov Oxaranın Dağlıq Qarabağa Ermənistan ərazisindən səfər etmək ehtimalını şərh edərkən çıxış edib. "Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırlar və bu üzdən də istənilən səfər Azərbaycan ərazisindən gerçəkləşməlidir" - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, bu məsələ Azərbaycan tərəfindən ATƏT-in Minsk qruppu həmsədrləri qarşısında qaldırılıb. Həmsədrlərdən başqa bütün digər beynəlxalq qurumların təmsilçiləri Dağlıq Qarabağa Azərbaycan ərazisindən səfər etməlidirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti