...

Azərbaycan prezidenti Polşaya rəsmi səfər edəcək (video)

Siyasət Materials 19 Dekabr 2007 16:53 (UTC +04:00)
Azərbaycan prezidenti Polşaya rəsmi səfər edəcək (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycan prezidenti İlham Əliyev Polşaya rəsmi səfər edəcək.

"Səfər gələn ilin əvvəlinə planlaşdırılıb" - deyə çərşənbə günü jurnalistlərə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski məlumat verib.

Səfir bildirib ki, hazırda səfər tarixinin variantları nəzərdən keçirilir. Hər iki ölkə hökuməti səfər zamanı imzalanması planlaşdırılan sənədlər üzərində iş aparır.

Səfirin sözlərinə görə, prezidentin səfərinədək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya gedəcək. Diplomat bildirib ki, bu, yaxınlarda Polşa XİN başçısının Azərbaycana səfərinə cəvab olaraq həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti