...

İrəvan Gürcüstan rəhbərliyi ilə bəzi məsələləri razılaşdırmalıdır-parlament komissiyasının rəhbəri

Siyasət Materials 19 Dekabr 2007 18:18 (UTC +04:00)
İrəvan Gürcüstan rəhbərliyi ilə bəzi məsələləri razılaşdırmalıdır-parlament komissiyasının rəhbəri

Gürcüstan, Tbilisi/ Trend , müxbir N.Kirtsxaliya/ Rəsmi İrəvan ölkənin separatçı regionlarına beynəlxalq tribuna təqdim etmək kimi məsələləri Gürcüstan rəhbərliyi ilə razılaşdırmalıdır. Ərazi bütövlüyü üzrə Gürcüstan parlamentinin müvəqqəti komissiyasının rəhbəri Şota Malaşxiya Trend -ə ,Ermənistanın Avropa Şurasının qış sessiyasına Gürcüstanın separatçı regionlarının nümayəndələrinin dəvət edilməsi barədə təklifinə belə şərh verib. Dünən AŞPA-nın Monitorinq Komitəsinin iclasının gedişində erməni deputatlar Gürcüstanın münaqişəli ərazilərindəki vəziyyətə dair müzakirələrdə Abxaziya separatçılarının lideri Sergey Baqapş və Cənubi Osetiya separatçılarının lideri Eduard Kokoytanın da iştirak etməsini təkid ediblər. AŞPA-nın sessiyasında bu məsələnin müzakirəsi planlaşdırılır. Gürcüstan parlamentinin İnsan hüquqları və Vətəndaş inteqrasiyası üzrə Komitəsinin sədri Yelena Tevdoradze jurnalistlərə bildirib ki, Komitədə səsvermənin gedişində təklif qəbul edilməyib. "AŞPA-dakı erməni deputatlarının təklifi Ermənistanın rəsmi mövqeyi deyil. Bu, bütövlükdə erməni dövlətinin deyil, bir erməni deputatının mövqeyi ola bilər" -Malaşxiya hesab edir. Onun sözlərinə görə, Gürcüstanın separatçı regionlarındakı faşist rejimlərinə beynəlxalq tribuna verilməsi məsələsini yalnız Gürcüstan rəhbərliyi həll edə bilər. "Bu bizim suveren hüququmuzdur və heç kim bu hüquqa təcavüz edə bilməz" -Malaşxiya bildirib.

Xəbər lenti

Xəbər lenti