Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ Azərbaycanın "Pasa-Sigorta" şirkəti nizamnamə kapitalını artırır. Bu barədə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.
Dövlət Komitəsi "Pasa-Sigorta"nın nominal dəyəri 100 manat olan 40 min səhmini qeydiyyata alıb. Şirkətin nizamnamə kapitalı 4 mln. artıb və 5,2 mln. manat həcmində müəyyən olunub.
Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin nizamnamə kapitalı doqquz ay ərzində 58,2 mln. manat təşkil edib.