"İran dünya üçün real təhlükədir, əgər beynalxalq təşkilatlar onun nüvə proqramına qarşı çıxış etməsələr İran təhlükə olaraq qalacaq". Bunu ABŞ prezidenti Corc Buş İsrailin baş naziri Ehud Olmertinən keçirdiyi birgə mətbuat konfransında deyib.
Amerika prezidentinin fikirincə o, amerikanın kəşviyyatının İranın nüvə proqramının dayandırması ilə bağlı etdiyi nəticəyə inanmır. Buş onuda qeyd etdi ki, Tehranda olan siyasi rejim üçün sülh nüvə proqramını hərbi tərfə yönəltmək çətin olmayacaq. Lakin, ABŞ prezidenti, deyə ki, Vaşinqton bu problemi sülh yolu ilə həllinə çalışır, İrana hərbi zarbənin endirilməsini istisna edib. Bu problemi həll etmək üçün Tehrana qarşı maliyyə və iqtisadi sanksiyalar tədbiq etmək kifayətdir.
Corc Buş deyib ki, Tehran HƏMAS və Hisbolla kimi terorçu təşkilatlarını maliyyələşdirir. "İran Yaxın Şərqdə sülh prosesinə maneə törədir və regionun qeyri-sabit olmasında maraqlıdır". Yaxın Şərqdə sülh prosesindən söz açan Corc Buş deyib ki, Ehud Olmertin və Mahmud Abbasın otdıqları addımlardan qurur hissi duyur - bu cəfəngiyyat deyil, bu iki xalqın gələcəyi üçün atılan addımlardır. Tərəflər çətin qərarlar qəbul etməlidirlər və ABŞ bu yolda öz köməyini əsirgəməyəcəklər.
İsrailin baş naziri Ehud Olmert Buşun ölkəsinə səfərini tarixi adlandırdı. "Prezidentliyivizin son ilini Yaxın Şərqdə sülhün bərqərar olunmasına həsr etmisiniz və bizdə çalışacağıq ki, iki xalq üçün iki dövlət yaratmaq arzusuna çataq". Olmert Buşun dəstəyini yüksək qiymətləndirdi. O qeyd etdi ki, İsrail sülhün tərəfdarıdır, lakin nə vaxta qədər ki, İsrailin əraziləri atəşə tutulur sülhdən danışmaq olmaz. Baş nazir onuda qeyd etdi ki, Qaza da teror olanadək Yaxın Şərqdə sülhə nail olmaq çətin olacaq.