Azərbaycan, Bakı 16 yanvar / Trend , müxbir S.İlhamqızı/ Bu ilin payızında keçiriləcək prezident seçkisi ərəfəsində Azərbaycanda aşağı seçki komissiyası üzvlərinin seçki hüququ ixtisasını artırmaq məqsədilə, məntəqə seçki komissiyası üzvləri üçün kurslar keçiriləcək. Trend in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komisiyasının (MSK) iclasında açıqlama verilib.
MSK sədrinin müavini Svetlana Qasımova bildirib ki, kurslar fevralın 1-dən başlayacaq, hər məntəqə üçün üç gün davam edəcək. Ümumilikdə kurslarda 30 min nəfərin iştirakı nəzərdə tutulur. Kursların təşkili və nəzarəti işi MSK üzvlərinə və katibliyinə tapşırılıb.
MSK bundan əvvəl dairə seçki komisiyalarının sədr və üzvləri, məntəqə seçki komissiyalarının sədrləri üçün də kurslar təşkil edib.