...

Müxalifət dövlətin idarə edilməsində Saakaşvili ilə birgə iştirak etməyəcək – Gürcustan politoloqu

Siyasət Materials 22 Yanvar 2008 10:15 (UTC +04:00)
Müxalifət dövlətin idarə edilməsində Saakaşvili ilə birgə iştirak etməyəcək – Gürcustan politoloqu

Gürcüstan, Tblisi, 21 yanvar / Trend , müxbir N.Kirtsxaliya / Müxalifət partiyalarının liderləri Mixail Saakaşvilinin ölkənin idarə edilməsində onların iştirakı təkilfini rədd edəcək. Bu barədə bazar ertəsi ekspert David Darçiaşvili Trend ə bildirib. Dünən andiçmə nitqilə çıxış edən Mixail Saakaşvili, müxalifətin dövlət idarəçiliyində iştirak etməsinə çalışacağını bildirib. David Darçiaşvilinin bəyanatına görə, müxalifətdə bu təkliflə bağlı bir fikir yarana bilər, lakin hesab etmir ki, müxalifət əməkdaşlığa razılıq versin. Darçiaşvili hesab edir ki, prezidentin təklifindən birləşmiş müxalifət, həm "Sağlar", həm də "Leyboristlər" imtina edəcəklər. Onun sözlərinə görə, müxalifət koalisiya hökumətinin yaradılmasını tələb edəcək, bu da çoxları üçün qəbuledilməzdir. Buna görə də, ekspert hesab edir ki, Gürcüstan hökuməti hakim siyasi qüvvələr və qeyri-partiya peşəkarları ilə qurulacaq. Hökumət və müxalifətə gəldikdə isə, Darçiaşvili qeyd edib ki, onların əməkdaşlığı seçki administrasiyasının formalaşmasında və Ədliyyə Şurasında baş tuta bilər.

Xəbər lenti

Xəbər lenti