...

Gəncənin mərkəzi küçələrində yük avtomobillərinin saxlanılmasına qadağa qoyulub

Siyasət Materials 25 Yanvar 2008 14:53 (UTC +04:00)

Azərbaycan, Gəncə, 25 yanvar / Trend , müxbir V.Məmmədov / Gəncə şəhərində hərəkətin intensiv olduğu küçələrdə yük avtomobillərinin saxlanılmasına qadağa qoyulub. Bu barədə cümə günü Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Adil Zeynalov məlumat verib. Zeynalov bildirib ki, yük avtomobillərinin saxlanılmasına qadağaya səbəb tıxac probleminin aradan qaldırılmasıdır.

Zeynalov şəhərin çıxacağında çəkisi 3,5 tondan yuxarı olan avtomobillərin saxlanılması üçün şəhər İcra Hakimiyyəti tərəfindən dayanacaq təşkil olunduğunu qeyd edib. "İlk iki ay ərzində həmin sürücülər dayanacaqdan istifadə etdiklərinə görə vəsait ödəməyəcəklər. İki aydan sonra isə hər gününə 40 qəpik dəyərində xidmət pulu verəcəklər. Dayanacaqda sürücülər üçün hər bir şərait yaradılıb" Zeynalov bildirib.

İdarə rəisi sürücülərə bununla bağı xəbərdalığın olunduğunu söyləyib və əlavə edib ki, artıq bu gün qadağanı pozduğuna görə iki sürücü saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti