...

Azərbaycanda dəm qazından ölənlərin sayının artması problemi Parlamentdə qaldırılıb

Siyasət Materials 12 Fevral 2008 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda dəm qazından ölənlərin sayının artması problemi Parlamentdə qaldırılıb. "Ötən il və 2008-ci ilin fevral ayına qədər 151 nəfər dəm qazından boğularaq ölüb", Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, depuitat Qüdrət Həsənquliyev bildirib.

Həsənquliyev qeyd edib ki, 400 nəfərdən artıq şəxs dəm qazından zəhərlənib, lakin onların həyatını xilas etmək olub: "Buna baxmayaraq, problemin qarşısının alınması üçün heç bir tədbir görülmür. Rəsmi strukturlar bildirirlər ki, əhaliyə verilən qazın tərkibində zəhərli maddələr yoxdur. Əgər belədirsə, insanlar niyə dəm qazından boğulub ölürlər?". Deputat bildirib ki, hüquq-mühafizə orqanları məsələ ilə bağlı müvafiq strukturlara müraciət etsələr də, hələlik bunun heç bir nəticəsi olmayıb. O hesab edir ki, Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin fəaliyyəti 0 səviyyəsindədir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, məsələni araşdırıb: "Əhaliyə qaz satılması ilə məşğul olan icra strukturları ilə danışmışam. Onlar bildiriblər ki, əhaliyə satılan qazın tərkibi təmizdir. Problem qaz sobaları ilə bağlıdır".

Xəbər lenti

Xəbər lenti