...

Azərbaycanda İran vətəndaşından külli miqdarda narkotik maddə aşkarlanıb

Siyasət Materials 5 Mart 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend ", müxbir E.Hüseynli/ Azərbaycanın paytaxtı Bakı şəhərində martın 4-də İran vətəndaşından külli miqdarda narkotik maddə aşkarlanıb. Bu barədə çərşənbə günü Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatına görə, paytaxtın Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Yasər Məmmədov şübhəli şəxs kimi bölməyə gətirilib və üstünə baxış zamanı 10,045 qram heroin aşkar edilərək götürülüb. Məmmədova narkotik vasitəni vermiş, 2-ci Alatava yaşayış sahəsində kirayədə yaşayan İran İslam Respublikası vətəndaşı Heydəri Mocid Şirin oğlu da saxlanılıb və yaşadığı evə baxış zamanı 4 kiloqram 25,3 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti