...

Azərbaycanın paytaxtında silah-sursat aşkarlanıb

Siyasət Materials 8 Mart 2008 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 mart / Trend ", müxbir A.Salmanov/ Azərbaycanın paytaxtı Bakıda martın 7-də silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend ə bildiriblər ki, paytaxtın Nərimanov rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən Təbriz küçəsində 2 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 190 ədəd müxtəlif çaplı patron, 4 ədəd patron darağı və digər hərbi sursatlar tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti