...

Qazaxıstan həm Azərbaycanla, həm də Ermənistanla dostluq münasibətlərinin tərəfdarıdır - səfir

Siyasət Materials 18 Mart 2008 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir S.Ağayeva / Qazaxıstan həm Azərbaycanla, həm də Ermənistanla dostluq münasibətlərinin tərəfdarıdır. Bu barədə çərşənbə axşamı Qazaxıstanın Azərbaycandakı yeni səfiri Serik Primbetov BMT Baş Assambleyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamənin səsə qoyulması zamanı Qazaxıstanın neytral mövqeyini şərh edərkən bildirib.

Cümə günü BMT Baş Assambleyası Azərbaycan tərəfinin təqdim etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnaməni dəstəkləyib.

Qətnamədə "Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarlması" tələb olunur.

Qətnaməyə münasibət bildirilən zamanı 39 ölkə lehinə, yeddi ölkə əleyhinə səs verib,100 üzv ölkə isə bitərəf qalıb. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri isə Qətnamənin əleyhinə səs veriblər.

"Mən hesab etmirəm ki, ölkələrimiz arasında olan münasibətləri Qətnamə ilə bağlamaq olar. Biz həmişə Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli tərəfdarı kimi çıxış etmişik" - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti