...

ABŞ Avropadakı RƏM-in alternativi kimi Qəbələ RLS-in əleyhinədir – amerikalı ekspert

Siyasət Materials 18 Mart 2008 15:57 (UTC +04:00)

Rusiya, Moskva, 18 mart/ " , müxbir R.Ağayev/ Amerikalılar Rusiyanın Qəbələ radiolokasiya stansiyası (RLS) üzrə təklifini özlərinin Polşa və Çexiyadakı raket əleyhinə müdafiə sistemlərinin alternativi kimi görmək istəmirlər. Amerikalı ekspert Nikolay Zlobin belə hesab edir.

Çərşənbə axşamı Moskvada Rusiya və ABŞ xarici işlər və müdafiə nazirlərinin "iki üstəgəl iki" formatında ikigünlük məsləhətləşmələri başa çatıb. Məsləhətləşmələrdə ABŞ Dövlət Katibi Kondoliza Rays və Pentaqon rəhbəri Robert Qeyts iştirak edib. Ekspertlərin rəyinə görə, məsləhətləşmələrdə mövzulardan biri Rusiya tərəfindən icarə edilən Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə olub.

"Putinin Qəbələyə dair təklifləri əvvəlki kimi aktualdır - amerikalılar bu təklifləri hələ dəfn etməyiblər. Amerikalıların onu öz variantlarına alternativ görmək istəməmələri isə başqa məsələdir. Onlar hər iki variantı birləşdirmək və özlərinin Çexiya, Polşa və Türkiyədə etmək istədiklərindən imtina etməyərək Putinin təklif etdiyini birgə istifadə etmək istəyirlər" - ABŞ-ın Dünya Təhlükəsizliyi İnstitutunun Rusiya və Asiya proqramlarının direktoru Zlobin çərşənbə axşamı Trend a bildirib.

Ekspertin rəyinə görə, Qəbələ RLS aktual olaraq qalır və Qəbələdə olan texnologiyalar amerikalıların Şərqi Avropada etmək istədiklərini təkrarlamır. Buna görə, amerikalılar Azərbaycandakı RLS-dən birgə istifadədə maraqlıdırlar.

Zlobin güman edir ki, bir çox amerikalılar əsassız olmayaraq hesab edirlər ki, Putinin Azərbaycandakı RƏM elementlərindən birgə istifadə haqqında təklifi Moskvanın birbaşa olmasa da dolyaısı ilə İranın nüvə proqramının təhlükəli olmasını qəbul etməsinə dəlalət edir. "Putinin təklifi ABŞ-da İran təhlükəsinin dolayısı ilə qəbul edilməsi və bununla bağlı hər hansı bir tədbirin görülməsinin vacibliyi kimi qiymətləndirilir. Buna görə Azərbaycandakı RLS kifayət qədər aktualdır və problemlərin böyük bir hissəsi siyasətə və bundan hansı şəkildə istifadənin düzgün konfiqurasiyasına söykənir" - o bildirib.

Eskspert bildirib ki, Moskvadakı RƏM üzrə hazırkı danışıqlar bir qədər başqa vəzifələri həll etmək məqsədi daşıyır. "Birincisi, dialoqun davam etməsini nümayiş etdirmək. İkincisi isə, Rusiya siyasətində varisliyi saxlamaq üçün getməkdə olan prezidentin bu mövzunu bir növ Rusiyanın yeni prezidentə verməsi ilə bağlıdır. Ən əsası isə hamı anlayır ki, RƏM üzrə dialoq detallarla bağlı deyil və bu dialoq Rusiya və ABŞ arasında etimadsızlığın səviyyəsini göstərir və bu danışıqlar birinci növbədə etimadsızlığın aradan qaldırıla bilən olmasını göstərmək üçün cəhddir. Hər iki prezident - Buş və Putin vəzifələrinin icrasını başa çatdırarkən Rusiya-Amerika münasibətlərində nikbinlik elementi saxlamaq istəyirlər. Onlar açıq olaraq söz veriblər ki, hələ ki bunu edə bilməyiblər və çox az zaman qalıb" - ekspert bildirib.

"Vəziyyət o dərəcəyə çatıb ki, hazırkı mərhələdə hər şeyi birdən həll etmək mümkün deyil. Lakin RƏM problemi müzakirə edilə bilər və siyasi kompromisə ikitərəfli münasibətlərdə bütün atmosfer dəyişdiyi halda nail olmaq mümkündür. Bu gün amerikalılar və Putinlə Medvedyev Şərqi Avropada RƏM elementlərinin yerləşdirilməsinin konkret texniki tapşırıqlarını deyil, məhz bunu həll edirlər" - Zlobin söyləyib.

Ötən ilin iyununda RF prezidenti ABŞ-a Azərbaycandakı Qəbələ RLS-i və Armavirdə tikilən RLS-i birgə icarə etmək və oradan məlumat almağı təklif edib. Bu təklif ABŞ-ın Polşa və Çexiyada RƏM elementlərini yerləşdirməkdən imtina etməsinin müqabilində edilib. ABŞ Rusiyanın təklifindən imtina edib və Şərqi Avropada öz planlarını həyata keçirmək niyyətində olduğunu bildirib. Bununla yanaşı, ABŞ Avropada RƏM sisteminin quraşdırılması ilə yanaşı Qəbələ RLS-dən birgə istifadə məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti