...

Gürcüstan və Ukrayna yaxın gələcəkdə NATO-ya daxil olacaq – NATO-nun Baş katibi

Siyasət Materials 3 Aprel 2008 16:59 (UTC +04:00)
Gürcüstan və Ukrayna yaxın gələcəkdə NATO-ya daxil olacaq – NATO-nun Baş katibi

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir A.Qasımova/ Gürcüstan və Ukrayna yaxın gələcəkdə NATO-ya daxil olacaq. Bu barədə bu gün Buxarestdə keçirilən mətbuat konfransında Alyansın baş katibi Yap de Xup Sxeffer bəyan edib. "Biz Gürcüstan və Ukraynada həyta keçirilən demokratik islahat və seçkiləri alqışlayırıq. Bu ölkələrin NATO-ya üzvlüyü növbəti mərhələdə olacaq" - deyə o bildirib. Cümə axşamı NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-da üzvlük üzrə fəaliyyət Planına (MAR) qoşulmasına dair məsələ müzakirə olunub.

Sxeffer bildirib ki, NATO bu ölkələrin Alyansa daxil olmaq barədə bəyanatlarını dəstəkləyir. "Bu andan etibarən, bu iki ölkənin təşkilata daxil olması ilə əlaqədar müntəzəm müzakirələr və siyasi səviyyədə dialoqlar dövrü başlayır, dialoq - daxil olmaya gedən yoldur" - deyə Alyansın Baş katibi qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti