...

Bakıda Heydər Əliyevin doğum günü ilə bağlı ilk beynəlxalq film festivalına start verilib

Siyasət Materials 9 Aprel 2008 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend ", müxbir Q.Cəbiyev/ Bakıda Azərbaycanın eks-prezidenti Heydər Əliyevin doğum günü ilə bağlı bu gün ilk beynəlxalq film festivalına start verilib. Trend "un məlumatına görə, layihəni hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi həyata keçirəcək.

Heydər Əliyevin anadan olmasının 85 illiyi bu il dövlət səviyyəsində qeyd edilir. Bu məqsədlə prezident İlham Əliyev fərman imzalayıb.

Heydər Əliyev 1993-2003-cu illərdə Azərbaycanın prezidenti olub.

YAP Gənclər Birliyinin sədri Ramil Həsənovun sözlərinə görə, festival Heydər Əliyevə həsr edilən filmlərin nümayişini və seçimini hədəf götürüb. Onun sözlərinə görə, bu, Azərbaycanda yeganə festival tipli layihədir. Festivalda müxtəlif zaman və məkanlarda Heydər Əliyev haqqında hazırlanmış filmlər göstəriləcək.

Müxtəlif ölkədən Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmlər festivala cəlb olunacaq. Festivalın nominasiyaları kino etikası və vətəndaş münasibətini birləşdirən rakurslardan müəyyənləşdirilib.

Festivala mayın 5-də yekun vurulacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti