...

Latviya Seyminin spikeri Azərbaycana səfər edəcək

Siyasət Materials 10 Aprel 2008 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir S.Ağayeva/ Latviya parlamentinin (Seym) sədri Quntar Daudze iyun ayında Azərbaycana səfər edəcək. Latviya spikerinə Azərbaycan parlamentinin yaranmasının 90 illiyi həsr olunmuş təntənəli yubiley tədbirində iştirak etmək üçün dəvət göndərilib və qəbul olunub. Bu bardə cümə axşamı bu ölkənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Diplomatik nümayəndəlikdən bildiriblər ki, Latviya parlamentinin rəhbəri Bakıya səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşməyi və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etməyi planlaşdırır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan :

Xəbər lenti

Xəbər lenti