...

Moldova Parlamentinin sədri Bakıya dəvət olunub

Siyasət Materials 24 Aprel 2008 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel/ Trend , müxbir İ.Əlizadə/Azərbaycan Milli Məclisinin spikeri Moldova Parlamenti sədrini Azərbaycana səfərə dəvət edib. "Qarşılıqlı səfərlər Azərbaycan və Moldova arasında, o cümlədən parlamentlər səviyyəsində əlaqələrin inkişafına müsbət təsir göstərir", -deyə cümə axşamı Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Moldova prezidenti Vladimir Voroninlə görüşündə bildirib.

Moldova prezidenti aprelin 23-də Azərbaycana iki günlük səfərə gəlib.

Spiker qeyd edib ki, iyun ayında Azərbaycan Parlamentinin 90 illik yubileyi qeyd olunacaq: "Yubiley tədbirlərində iştirak etmək üçün Moldova Parlamentinin sədrini Azərbaycana səfərə dəvət etmişəm".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti