...

Azərbaycanda Rus İcması nümayəndəsinin qətli ilə bağlı cinayət işi açılıb

Siyasət Materials 14 May 2008 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı,14 may / Trend , müxbir K.Zərbalıyeva/ Gəncədə Rus İcmasının Qərb Bölgəsi üzrə nümayəndəliynin sədr müavininin qətli ilə bağlı cinayət işi açılıb.

Gəncə şəhəri Həsənli qardaşları ev 6 ünvanında yaşayan 68 yaşlı Nəzərli Nadejda Dmitriyevna mayın 14-də yaşadığı mənzildə naməlum şəxslər tərəfindən bıçaqla öldürülüb.

Gəncə şəhər prokurorluğundan Trend a bildirilib ki, faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) maddəsi ilə cinayət işi açılıb. Qətlin motivi və cinayəti törədənlər müəyyənləşdirilməyib.

Nəzərlinin üzrəində zorakılıq əlamətləri müəyyən edilib. Mərhumun mənzili dağınıq vəziyyətdə olub.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti