Azərbaycan, Bakı / Trend / Ariel Koen, fəlsəfə elmləri doktoru, hüquq elmləri bakalavrı, The Heritage Foundation-nin baş tədqiqatçısı (Xüsusi olaraq Trend üçün)
Azərbaycanlılar Türkiyədə dərin hüquqi və siyasi böhranla müşayiət olunan həlledici hadisələri böyük diqqətdə izləyirlər. Türkiyə Azərbaycanın əsas müttəfiqidir və Türkiyədə baş verən daxili siyasi hadisələr ikitərəfli əlaqələrə təsir göstərir. Məsələn, Türkiyənin dünyəvi milliyyətçi liderləri qardaş Türk respublikası ilə münasibətləri hər zaman yüksək dəyərləndirdikləri halda, İslam liderləri Türk yox, müsəlman dünyasını öz prioritetləri hesab edirlər.
Bu il Türkiyənin Konstitusiya Məhkəməsi Baş nazir Rəcəb Tayyip Ərdoğan, Prezident Abdullah Gül və yetmiş siyasətçisinin daxil olduğu hakim Ədalət və İnkişaf Partiyasına (ƏİP) qadağa qoyulmasi məqsədi daşıyan iddia ilə bağlı dinləmələr keçirəcək. Bu, Məhkəmənin tarixində siyasi partiyıların fəaliiyyətinə qadağa qoyulması ilə bağlı beşinci iddia olacaq. Məhkəmə əvvəllər dörd belə iddianı təmin edib.
Dövlət ittihamçısı Abdurrahman Yalçınkaya tərəfindən qaldırılan iddiaının əsasını hicab təşkil edir (ənənəvi və mühafizəkar İslam mühitində qadınların baş örtüyü). 1920-ci ildə Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulan dünyəvi Türkiyə Respublikası qadınların məktəblərdən və digər ictimai yerlərdən sıxışdırılmasının rəmzi hesab edilən hicabı qadağan etmişdi. ƏİP hicabın kolleclərdə və ola bilsin ki, gələcəkdə dövlət idarələrində də örtülməsinə icazə vermək istəyir. ƏİP-in gündəliyində duran digər islamlaşdırma cəhdlərindən biri ər-arvad arasında xəyanətə görə cinayət məsuliyyətinə cəlb olunmaya nail olmaqdan və dini məktəblərin məzunlarının (dünyəvi) universitetlərə daxil olmasını asanlaşdırmaqdan ibarətdir. Dünyəvilik tərəfdarları isə, İslamçıların hər bir cinsin həmin cinsdən olan həkimlərə muraciət etməsi sisteminin tətbiq edilə biləcəyindən narahatıdırlar.
Hicab və ƏİP-in İslamlaşdırma gündəliyində dayanan digər məsələlər dünyəvi və əksərən milliyyətçi türk elitası və dövlət bürokratlarının dərin narahatlığına səbəb olub və onlar inanırlar ki, ƏİP Türkiyə Respublikasını tədricən islamlaşdırmaqdadır. Türklərin əksəriyyəti Şəriət (İslam Qanunu) qaydalarına əsaslanan dövlətdə yaşamaq və yaxud da ölkələrinin İrana çevrilməsini istəmirlər. ƏİP-in ifrat qanadı və Türkiyə əhalisinin 7-8%-i isə, güman ki, bunu istəyir.
Türkiyənin problemləri şablon xarakterli deyil. Türkiyənin siyasi müşahidəçilərinin fikrincə, ƏİP-ə qadağa qoymaq da, yaxud partiyaya istədiyini həyata keçirməyə imkan vermək də pis seçim olardı. Birincisi, qəbul olunmuş legitimlik məsələsidir. ƏİP ötən parlament seçkilərində səslərin böyük əksəriyyətini - 47%-ni qazanaraq, xalq mandatını əldə etdi. Kiçik və radikal partiyaya qadağa qoymaq asandır. İkinci dəfə hakimiyyətə gələn, tanınmış Baş naziri və yeni seçilmiş prezidenti olan partiyanı ləğv etmək çətindir.
İkincisi, hüquqi təzyiqlər, şübhəsiz ki, növbəti seçkilərdə güclü səfərbəredici amil olan ƏİP-in üzvlərinin "Müsəlmanlar təqib olunur" kimi hay -küyünü doğuracaq. Belə halda, ƏİP-i yıxmaq əvəzinə, Məhkəmə partiyaya qələbə bəxş edə bilər.
Üçüncüsü, Cənub-Şərqi Türkiyə məsələsidir. Burada ƏİP və Kürdüstan Fəhlə Partiyası ilə (PKK) ilə terror əlaqələri olan Kürd Demokratik Cəmiyyət Partiyası (DTP) səsləri parçalayırlar (bölüşürlər). ƏİP-ə qoyulan qadağa DTP-yə (və PKK-ya) bu ilin payızında keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərlərdə və daha sonrakı seçkilərdə qələbə qazandıra bilər.
Və nəhayət, əgər hökuməti devirmək barədə sənədlər, mövcud dünyəvi respublikanı devirməklə bağlı lent yazıları, hər hansı xarici rejim və ya terror təşkilatı ilə açıq-aşkar təxribatçı əlaqələrə malik olmaq barədə açıq dəllillər olsaydı, Konstitusiya Məhkəməsinə daha güclü iddia qaldırıla bilərdi. Əvəzində, Məhkəmə ƏİP-in haraya istiqamətləndiyini göstərən, lakin tutarlı dəlilə malik olmayan amorf bir gündəliklə məşğul olmalı olacaq.
İddiaya qarşı beynəlxalq cavab tədbirləri isə, genişmiqyaslıdır. Türkiyə elitasının böyük əksəriyyəti ölkənin Avropa Birliyinə (Aİ) daxil olmasını istəyir. ƏİP, bir sıra Avropa ölkələrinin müqavimətinə baxmayaraq, bu çətin tapşırığı həyata keçirmək üçün çox tədbirlər görüb. Aİ və Avropa ölkələri açıq-aydın bildiriblər ki, məhkəmə ƏİP-ə qadağa tətbiq etsə, Türkiyənin üzvlüyü məsələsini, birdəfəlik də olmasa, bir neçə il təxirə salacaq.
Birləşmiş Ştatlar əsl demokratiyaya doğru irəliləyən stabil Türkiyə ilə strateji münasibətlərə böyük dəyər verir. Vaşinqtonda çoxları həm Türkiyənin islamlaşmasından, hərbi və yaxud hüquqi hakimiyyət çevrilişindən, yaxud da diktatorluğun bərpasından narahat ola bilər.
Lakin Respublikanın qorunub saxlanması və həm xarici, həm daxili hədələrin dəf edilməsi Türkiyə dövlətinin qoruyucularının, yəni hüquqşünasların, hakimlərin, hərbçilərin və təhlükəsizlik xidməti rəhbərlərinin başlıca prioritetidir. Onlar, ölkələri təhlükə ilə üzləşdiyi təqdirdə, xarici etirazlara əhəmiyyət verməyəcəklər. Əgər ƏİP Konstitusiya Məhkəməsinə, onun siyasətini dəstəkləyən hakimlər təyin edərsə və ya hərbi və təhlükəsizlik xidmətlərinin vəzifə təyinatları ilə bağlı məsələlərə mudaxilə edərsə, "dərin dövlət" fikirləşə bilər ki, onların Atatürkün ideyaları və irsini qorumaq üçün vaxtları tükənməkdədir.
Daha yaxşı olardı ki, Konstitusiya Məhkəməsi toxacdan deyil, lazer neştərdən istifadə etsin. O, ƏİP-i ləğv etmək və dövlətin demokratik əsaslarını dağıtmaq deyil, ƏİP-ə qarşı sanksiyalar tətbiq edə və partiyanın islamlaşdırma cəhdlərinin qarşısını ala bilər.
Məsələn, Məhkəmə tanınmış cənab Ərdoğan və Gül istisna olmaqla, ƏİP-in bir sıra görkəmli siyasətçilərinin səlahiyətlərini ləğv edə bilər; Məhkəmə ƏİP-ə islamlaşdırma tapşırıqlarının həyata keçirilməsi üçün dövlətin vəsait ayırmasına icazə verməyə bilər və kabinetə ölkədəki dünyəvi əhval-ruhiyyəyə və irsi ənənəyə laqeyd olmamaq barədə xəbərdarlıq göndərə bilər.
Türkiyə təhlükələrin hökm sürdüyü regionda Birləşmiş Ştatların əsas muttəfiqidir. Vaşinqtona Türkiyənin mövcud böhranına qarışmamaq və Məhkəməyə məsələni özü bacardığı kimi həll etmək imkanı vermək tövsiyə olunub. Amerikalılar Türkiyənin çoxillik tarixinə və müstəqilliyinə hömətlə yanaşmalıdırlar. Lakin Vaşinqton NATO çərçivəsində Ankara ilə müttəfiqliyi davam etdirmək, eləcə də ticarət, investisiya və təhlükəsizlik sahəsində möhkəm qarşılıqlı əlaqələri inkişaf etdirmək arzusunu bildirməlidir.