...

Lənkəran sərhədçiləri 76 min manatlıq qaçaqmal tutub

Siyasət Materials 28 May 2008 23:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may/ müxbir Trend P.Əliyeva/ Sərhəd qoşunlarının Lənkərandakı N saylı hərbi hissəsi 2008-ci ilin 5 ayı ərzində Sərhəd Dəstəsinin xidməti ərazisində 12 halda 18 nəfər sərhəd pozuçusu tutulub. Bu barədə hərbi hissənin komandiri Mehman Hüseynov məlumat verib.

O, bildirib ki,tutulanlardan 1 nəfər Türkiyə, 3 nəfər Rusiya, 4 nəfər Əfqanıstan, 9 nəfər İran və 1 nəfər Azərbaycan vətəndaşları olub. "Astara" sərhəd nəzarət məntəqəsində gömrüklə birgə beş ayda təqribən 76 min manat dəyərində qaçaqmal tutulub. Tutulan qaçaqmal 3 kq 550 q tiryək, 400 q heroin, 2 ədəd tapança, 1 ədəd pnevmatik tapança və 50 ədəd güllə təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti