...

Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb

Siyasət Materials 6 İyun 2008 12:23 (UTC +04:00)
Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb

Rusiya, Sankt-Peterburq, 06 iyun / Trend , müxbir R.Ağayev/ Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyanın görüşü başlayıb.

Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edirlər.

Sankt-Peterburq görüşü Serj Sarkisyanın Ermənistan prezidenti seçilməsindən sonra ilk görüşdür.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti