...

"Azərbaycanda İlham Əliyevin seçkilərdə qələbə qazanacağına əminik"- Fransa senatoru

Siyasət Materials 19 İyun 2008 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun/ " Trend ", müxbir E.Babayev/ Azərbaycanda seçkiqabağı mühit normaldır və İlham Əliyevin prezident seçkiıində qələbə qazanacağına əminik. Bunu Fransa Milli Assambleyasının üzvü cənab Terri Mariani cümə axşamı hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və icra katibi Əli Əhmədovla görüşündə bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyalarıda seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Görüşdə Fransa senatoruna, maraq dairəsinə uyğun olaraq, qarşıdan gələn prezident seçkiləri ərəfəsində siyasi vəziyyət, YAP tərəfindən seçkilərə hazırlıq istiqamətində görülən işlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə hakim partiyanın münasibəti barədə ətraflı məlumat verilib. Əhmədov 2008-ci il prezident seçkilərinin də demokratik, şəffaf, Qərb standartlarına uyğun şəkildə keçiriləcəyini vurğulayıb.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti