...

Bakıda beş Azərbaycan-Rusiya sənədi imzalanıb

Siyasət Materials 3 İyul 2008 18:04 (UTC +04:00)
Bakıda beş Azərbaycan-Rusiya sənədi imzalanıb

Azəbaycan, Bakı, 03 iyul/ Trend , müxbir A.Əliyev/Cümə axşamı Bakıda Azərbaycan-Rusiya yüksək səviyyəli danışıqların nəticələri üzrə beş Azərbaycan-Rusiya sənədi imzalanıb.

Rusiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq Bəyannaməsini prezidentlər İlham Əliyev və Dmitri Medvedyev imzalayıblar.

İki ölkənin xarici işlər nazirlikləri arasında arxiv işi sahəsində, RF Federal Gömrük Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi arasında gömrük qanun pozuntularına qarşı mübarizə sahəsində razılaşmalar da imzalanıb.

RF Dövlət Mülkiyyətinin İdarə Edilməsi üzrə Federal Agentlik və Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi Komitəsi arasında dövlət əmlakının özəlləşdirilməsi və onun idarə edilməsi üzrə Memorandum imzalanıb.İki ölkənin daxili işlər nazirlikləri arasında tranzit yüklərin təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət Memorandumu imzalanıb.

Rusiya-Azərbaycan münasibətlərinin müqavilə-hüquqi bazasına 100 - dən çox qarşılıqlı sənəd daxildir.

Xəbər lenti

Xəbər lenti