...

ATƏT-in müşahidə missiyası Azərbaycandakı prezident seçkisini müşahidə etməyə dəvət olunacaq

Siyasət Materials 9 İyul 2008 13:55 (UTC +04:00)
ATƏT-in müşahidə missiyası Azərbaycandakı prezident seçkisini müşahidə etməyə dəvət olunacaq

Azərbaycan, Bakı, 09 iyul/ Trend , müxbir E.Babayev/ ATƏT-in müşahidə missiyası Azərbaycanda bu il keçiriləcək prezident seçkisini müşahidə etməyə dəvət olunacaq. Trend -un məlumatına görə, bunu çərşənbə günü Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Trend -un-un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrda keçirilməsi nəzərdə tutulur. MSK bu ayın sonunda seçki kampaniyasına rəsmən start verəcək və seçkinin dəqiq tarixini elan edəcək.

Pənahov bildirib ki, ATƏT-lə yanaşı, Avropa Şurası, eləcə də başqa ölkələrin MSK-larının nümayəndə heyətləri seçkini izləməyə dəvət ediləcək.

ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero da çərşənbə axşamı jurnalistlərə təmsil etdiyi qurumun seçkiləri müşahidə etmək niyyətində olduğunu deyib. "Bir neçə həftə bundan öncə ATƏT-in qiymətləndirmə missiyası Bakıda olub. Onlar müşahidəçiliklə bağlı müəyyən araşdırmalar aparıblar. Bunun nəticələrinə uyğun olaraq hesabat hazırlanıb. Həmin hesabat qısa bir zamanda təqdim olunacaq və orada Azərbaycana göndəriləcək müşahidə missiyası ilə bağlı dəqiq məlumat olacaq", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti