...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 9 Avqust 2008 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 avqust / Trend ", müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 8-də saat 21.20-dən 21.40-dək və 23.10-dan 23.55-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxa Nəbi və Ağdam kəndləri ərazisində yerləşən mövqelərini, saat 09.30-dan 09.40-dək, 23.25-dən 23.40-dək və avqustun 9-da saat 00.30-dan 00.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.50-dən 23.05-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti