...

Azərbaycanda prezident seçkilərində namizədlərin pulsuz təbliğatını aparacaq KİV-lərin sıyahısı açıqlanıb

Siyasət Materials 20 Avqust 2008 20:15 (UTC +04:00)
Azərbaycanda prezident seçkilərində namizədlərin pulsuz təbliğatını aparacaq KİV-lərin sıyahısı açıqlanıb

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanda prezident seçkılərində namizədlərin pulsuz təblığatını aparacaq KİV-lərin sıyahısı açıqlanıb. "Seçkıqabağı təbliğat, təşviqat kampanıyası üçün İctımai Televızıya və Radio Yayımları Şirkəti, "Azərbaycan" , "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçiy" qəzetlərində pulsuz yer ayrılacaq", - çərşənbə axşamı Trend -a Mərkəzi Seçki Komissıyasından (MSK) bildirilib.

Azərbaycanda prezident seçkıləri oktyabrın 15-də keçiriləcək.

MSK-dan bildırılib ki, bundan başqa, digər teleradio verılişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkıqabağı təşviqat üçün efir vaxtı ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bununla əlaqədar MSK-ya müvafiq bildirişlər göndərməlidirlər.

Seçki Məcəlləsinin tələblərinə əsasən, KİV orqanları efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barədə məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 35 gün keçənədək dərc etməlidir.

Məqalə müəllİfİ İlə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti