...

Mərkəzi dəmir yolu magistralında hərəkət tam bərpa olunub

Siyasət Materials 26 Avqust 2008 11:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Mərkəzi dəmir yolu magistralında hərəkət tam bərpa olunub. Bu barədə jurnalistlərə Gürcüstan Dəmir Yolu Sisteminin baş direktoru İrakli Ezuqbaya bildirib.

Onun sözlərinə görə, Skra kəndində partlayış nəticəsində, həmçinin Kaspi rayonunda dəmir yolunun partladılması zamanı sıradan çıxmış hissələrdə hərəkət bərpa olunub.

Ezuqbayanın verdiyi məlumata görə, ilkin mərhələdə dəmir yolu ilə toplanmış yüklər göndəriləcək, gələn həftə isə ehtimal ki, dəmir yolu marşrutları bərpa olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti