...

Azərbaycan prezidenti Sumqayıtda Paraolimpiya İdman Kompleksinin açılışında iştirak edib

Siyasət Materials 28 Avqust 2008 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust/ Trend , müxbir L.Əbdüləzimova/ Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Sumqayıtda Paraolimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin paraolimpiyaçılarla görüşündən sonra kompleksin tikintisi haqqında qərar qəbul edilib. MDB məkanında yeganə olan bu kompleksdə respublika və beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub.

2005-ci ildə başlayan tikinti 3,1 mln. manata başa gəlib. Kompleksdə akt zalı, trenajor zalı, əl oyunları zalları, futbol və voleybol meydançaları, üzgüçülük hovuzu və digər yerlər var. Burada əlillərin sərbəst hərəkət etməsi üçün bütün şərait yaradılıb. Kompleksdə mehmanxananın tikintisi də nəzərdə tutulur.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qurulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti