...

Rusiyalı həmkarım mənimlə debata girməkdən çəkinib – Gürcüstanın xarici işlər naziri

Siyasət Materials 18 Sentyabr 2008 16:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiyanın xarici işlər naziri ATƏT PA-nın iclasında gürcü həmkarı ilə debata girməkdən çəkinib,- Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili hesab edir. "Mənə məlum olduğu kimi, Lavrov Gürcüstanda vəziyyətə dair mübahisələrdə iştirak etməli olsa da, debatda iştirak etməkdən çəkinib", - Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili ATƏT PA-nın Torontoda keçirilən iclasına yola düşməzdən əvvəl Tbilisi hava limanında bildirib.

Tkeşelaşvili Gürcüstandakı vəziyyət haqqında məruzə təqdim edəcəyini də bildirib. Məruzədə avqust hadisələri haqqında ətraflı danışılacaq. ATƏT-in Parlament Assambleyası gürcü -oseitn və abxaz münaqişəsi zonalarındakı vəziyyəti, yaranmış vəziyyətdə Rusiyanın rolunu müzakirə edəcək və regiondakı hadisələrlə əlaqədar məruzə hazırlayacaq.

"Biz təxminən bir həftə sonra Kanadada, Torontoda payız sessiyasında baş tutacaq müzakirələr zamanı bu böhranlara dair yaxşı debatlar hazırlamaq istəyirdik", - ATƏT PA - nın sədri Joao Soareş bir müddət əvvəl bildirib. O qeyd edib ki, qurumun payız sessiyasında Cənubi Osetiya və Abxaziya ətrafındakı vəziyyətlərin müzakirəsinə "kifayət qədər vaxt ayrılacaq".

Onun sözlərinə görə, müzakirələrdə iştirak etmək üçün RF xarici işlər naziri Sergey Lavrov və Gürcüstan XİN-in nümayəndələri dəvət ediliblər.

Avqustun 8 - nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12 - də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Rusiya birtərəfli şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti