...

Azərbaycan öz ərazisi olan Dağlıq Qarabağa sərmayə yatıracaq – Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri

Siyasət Materials 22 Sentyabr 2008 18:05 (UTC +04:00)
Azərbaycan  öz ərazisi olan Dağlıq Qarabağa sərmayə yatıracaq – Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan öz ərazisi olan Dağlıq Qarabağa sərmayə yatıracaq, - Azərbaycan prezidentinin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov bazar ertəsi Trend - a bildirib.

Ermənistan prezidenti Serj Sərkisyan bir gün əvvəl əcnəbi jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanın Dağlıq Qarabağa sərmayə yatırması müqabilində, burada yaşayan ermənilər Azərbaycanın tərkibində yaşamaq istəklərini nümayiş etdirə bilərlər.

"Mən azərbaycanlıların Qarabağın rifahında, təhlükəsiz həyatda maraqlı olduqlarını nümayiş etdirmələri üçün, Azərbaycan prezidenti İlham Əliyevə, Dağlıq Qarabağa sərmayə yatırmağı təklif etdim", - Sərkisyan bildirib, - BBC xəbər verir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və məlum olduğu kimi, qonşu Ermənistan tərəfindən işğal edilib. Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğundan, işğal edilmiş ərazilər azad edildikdən və Azərbaycana qaytarıldıqdan sonra, təbii ki, Azərbaycan Dağlıq Qarabağa sərmayə yatıracaq, infrastrukturunu inkişaf etdirəcək, evlər, məktəblər, xəstəxanalar tikəcək, təcavüzkarın dağıtdıqlarını bərpa edəcək və məcburi köçkünləri doğma torpaqlarına qaytaracaq", - şöbə müdiri bildirib.

Hazırki mərhələdə bizim məqsədimiz ədalətin təntənəsi və beynəlxalq hüququn əsas prinsiplərinin realizəsidir, - Aslanov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti