Azərbaycan, Gəncə, 26 sentyabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın prezidentliyə namizədi, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində sentyabrın 28-də (paytaxt Bakıdan 365 kilometr qərbdə) Gəncədə seçicilərlə görüş keçirəcək. Bu barədə cümə günü Trend -a Gəncə şəhər İcra Hakimiyyətinin İçtimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Ruslan Qardaşov məlumat verib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Qardaşovun bildirdiyinə görə, Qəzənfəroğlunun Gəncədə görüş keçirməsi üçün artıq yer müəyyən olunub. Prezidentliyə namizəd Gəncənin Füzuli parkında yerləşən qapalı yerdə görüş keçirəcək. Seçicilərlə görüşün təhlükəsizliyi üçün hər bir şərait yaradılıb.
Onun bildirdiyinə görə, ümumilikdə Gəncədə namizədlərin görüş keçirmələri üçün 80 yer ayrılıb ki, onlardanda 42-si qapalı, 38-i isə açıq şəraitdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]