...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası 279 beynəlxalq müşahidəçini qeydə alıb

Siyasət Materials 1 Oktyabr 2008 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 01oktyabr / Trend müxbir C.Babayeva/Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin müşahidəsini aparmaq üçün 279 beynəlxalq müşahidəçini qeydə alıb.

MSK - nın beynəlxalq əlaqəlar şöbəsinin rəhbəri Rövzət Qasımovun çərşənbə günü Trend - a bildirdiyinə görə, qeydə alınmış müşahidəçilər Avropa Şurası, ATƏT, MDB - nin müşahidə missiyasının, digər xarici ölkə və təşkilatların nümayəndələridir.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün, dairə seçki komissiyalarında isə, 5 gün qalmış başa çatır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti