...

Dubaydakı azərbaycanlı məhkumlar prezident seçkilərində iştirak edə biləcəklər

Siyasət Materials 2 Oktyabr 2008 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / ,K. Zərbalıyeva/ Dubaydakı cəzaçəkmə müəssisəsində cəza çəkən azərbaycanlı məhkumlar Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edə biləcəklər. Bu barədə Dubaydakı cəzaçəkmə müəssisənin rəhbərliyi ilə razılıq əldə olunub.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin cümə axşamı Dubayda fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinə istinadən yaydığı məlumata görə, əldə olunan razılığa görə, Dubaydakı müəssisədə cəza çəkən Azərbaycan vətəndaşlarının seçkidə iştirak hüququ təmin olunacaq.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı toplantısında qeyd olunub ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan, işləyən, təhsil alan Azərbaycan vətəndaşları hakim partiyanın namizədi İlham Əliyevə səs verəcəklər.

Dubayda yaşayan, işləyən, təhsil alan Azərbaycan vətəndaşlarının sayı təxminən min nəfərdir. Dubaydakı cəzaçəkmə müəssisəndə cəza çəkən azərbaycanlıların sayı barədə məlumat verilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti