...

Bakıda MDU-nun filialının açılması tarixi əhəmiyyətli hadisədir - rektor Nərgiz Paşayeva (ƏLAVƏ OLUNUB) (video)

Siyasət Materials 4 Oktyabr 2008 13:22 (UTC +04:00)
Bakıda MDU-nun filialının açılması tarixi əhəmiyyətli hadisədir - rektor Nərgiz Paşayeva (ƏLAVƏ OLUNUB) (video)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , S.Ağayeva/ Rektor Nərgiz Paşayeva Bakıda Moskva Dövlət Universitetinin (MDU) filialının açılmasını həm Azərbaycanda təhisl sahəsinin inkişafında, həm də Azərbaycan-Rusiya münasibətlərinin inkişafında tarixi əhəmiyyətli hadisə adlandırıb.

Paşayeva qeyd edib ki, Bakıda MDU-nun filialının aşılması ilə vətəndaş cəmiyyətində də yaxınlaşma müşahidə ediləcək. O, Azərbaycan prezidenti İlham Əliyevin filialın açılmasında göstərdiyi xüsusi xidmət və səylərini də qeyd edib.

їİlham Əliyev sübut etdi ki, hər bir Azərbaycan vətəndaşının prezidentidir. O, inkişaf etmiş yeni Azərbaycanın əvəzedilməz lideridirї, - Paşayeva bildirib.

MDU-nun Bakı filialının rektoru MDU-nun rəhbərliyinə də filialın açılmasında göstərdikləri köməyə görə təşəkkürünü bildirib.  

Paşayevanın sözlərinə görə, gələcək planlar universitetin binasının genişləndirilməsi, yeni tədris binasının tikilməsi və daha altı fakültənin açılmasından ibarətdir.

їMDU-nun Bakı filialının açılması Azərbaycanda təhsil sahəsinin inkişafında yeni mərhələdirї, - filialın açılışında çıxış edərkən Azərbaycanın xarici işlər nazirinin müavini, Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev deyib.

O bildirib ki, Azərbaycan rəhbərliyi təhsilin inkişafını prioritet sayır və ölkədə təhsilin beynəlxalq standartlara cavab verməsi üçün əlindən gələni edir.

їRusiya təhsilinə dünyada, o cümlədən Azərbaycanda həmişə tələbat olub. Azərbaycan və Rusiya prezidentləri iradə nümayiş etdirərək, dünyanın ən qocaman və nüfuzlu ali məktəbinin filialının Bakıda açılmasına qərar veriblərї, - Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-büloğlu deyib. 

O, Azərbaycan gəncliyinin yaxşı Rusiya təhsili alaraq, bütün biliklərini dövlət quruculuğu işlərinə sərf edəcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti