...

Muqtəda Əs-Sədr İraq hökumətini ABŞ ilə təhlükəsizlik müqaviləsindən imtina etməyə çağırır

Siyasət Materials 4 Oktyabr 2008 13:27 (UTC +04:00)
Muqtəda Əs-Sədr İraq hökumətini ABŞ ilə təhlükəsizlik müqaviləsindən imtina etməyə çağırır

Azərbaycan, Bakı, 04 oktyabr / Trend / İraqın şiə lideri Müqtəda Əs-Sədr İraq hökumətinin bütün üzvlərini "işğalçılar" ilə təhlükəsizlik müqaviləsini tanımamağa və İraq və ABŞ həbsxanalarından dustaqları azad etməyə çağırır.

"Middle East Online" informasiya agentliyinin şənbə günü verdiyi xəbərə görə, Əs-Sədr bu çağırışı İraqın Kufə şəhərində cümə moizəsi zamanı səsləndirib.

Sədrin rəhbərlik etdiyi "Mehdi ordusu"nun ardıcılları bütün İraq ərazisində cümə moizələri zamanı aparıcı mövqe tuturlar. ABŞ və İraq hökumətinin təhlükəsizlik müqaviləsi ətrafında apardıqları danışıqlar hələ cari ilin yazında başlanıb. Tərəflər 2008-ci ilin dekabrından - ölkədə xarici qüvvələrin mandatının başa çatmasından sonra, koalisiya qoşunlarının İraqda qanuni səviyyədə qalması barədə razılıq əldə ediblər.

Dini lider həmçinin, İraqa yardım edən qonşu ölkələrə Hüseyniyyələr, kilsələr, ibadət evləri kimi bütün müqəddəs yerlər və məscidlər üzərində hamilik etmək hüququ verməyə çağırıb.

Əs-Sədr tərəfdarlarının nümayişi İraqın Kufə şəhərində başlanıb. Nümayiş iştirakçıları Amerika əleyhinə "İraqın Amerikanın müstəmləkəsi olmasına imkan verməyəcəyik" kimi şüarlar səsləndiriblər.

Əs-Sədr dünyada, 2004-cü ilin aprel ayında şiə şəhəri Əl-Nəcəfdə Amerika qüvvələrinə qarşı qaldırılan üsyana başçılıq etməsilə məşhurlaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti