...

Almaniyadakı Azərbaycanlılıarın Koordinasiya Mərkəzi hakim partiyanın namizədini dəstəkləyir

Siyasət Materials 9 Oktyabr 2008 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən cümə axşamı Trend -a verilən məlumata görə, sənəddə indiki prezident İlham Əliyevin beş illik fəaliyyəti yüksək dəyərləndirilir.

Trend -un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Bəyanatda qeyd olunur ki, İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycanın Avropaya uğurla inteqrasiyası Almaniyada yaşayan bütün azərbaycanlılar üçün də böyük əhəmiyyət kəsb edir: "Məhz bu nailiyyətləri nəzərə alaraq, İlham Əliyevin namizədliyini dəstəkləyir və Almaniyada yaşayan, işləyən və təhsil alan bütün Azərbaycan vətəndaşlarını indiki dövlət rəhbərinə səs verməyə çağırırıq", - sənəddə vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti