...

Birgə fəaliyyətin həyata keçirilməsi baxımından Avropa İttifaqı lazımi səviyyəyə çatmayıb – Azərbaycanın xarici işlər nazirinin müavini

Siyasət Materials 9 Oktyabr 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr/ Trend , müxbir R.Novruzov/ Azərbaycan Avropa İttifaqını (Aİ) Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması məsələsində ATƏT - in Minsk Qrupunun mümkün tərəfdaşı qismində nəzərdən keçirmir.

"Aİ ölkələrin güclü iqtisadi və siyasi ittifaqı olsa da, birgə fəaliyyət göstərmək baxımından Aİ hələ ki, lazımi səviyyəyə çatmayıb və məsələnin həlli üçün fəaliyyət mexanizminə malik deyil", - Brüsseldə Avropa Siyasəti Mərkəzinin konfransında çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.  1992 -1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

"Aİ-nin əksər ölkələri Minsk Qrupuna daxildir və biz onların mövqeyini nəzrə alırıq. Beynəlxalq münasibətlərin iştirakçısı kimi Aİ - nin təsiri bizə lazım olsa da, Avropa İttifaqının Minsk Qrupu çərçivəsində mümkün tərəfdaş olduğunu düşünmürük", - Əzimov bildirib,- Trend euobserver.com-a istinadən xəbər verir.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının üzvü olmağa can atmır. Əzimov bildirib ki, ABŞ administrasiyasının Nabukko boru kəmərini Gürcüstanın əvəzinə Ermənistandan çəkmək ideyası real deyil; kəmərin Gürcüstan və Azərbaycandan keçən hissəsi artıq Türkiyədə tikilib.  Nazir müavini onu da  bildirib ki, rəsmi Bakı hələ də Nabukko layihəsini dəstəkləyir. "Lakin layihə barəsində yalnız rəsmi Bakı narahat olmamalıdır".

Müəlliflə əlaqə saxlamaq  - [email protected]

Xəbər lenti

Xəbər lenti