...

Əfqanıstanın qaçaqmalçıları cari ildə narkotik satışından beş milyard dollar vəsait əldə ediblər

Siyasət Materials 9 Oktyabr 2008 20:19 (UTC +04:00)

Əfqanıstan, Kabil, 09 oktyabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstanın Narkotiklərlə Mübarizə Nazirliyi, ABŞ səfirliyinin narkotika məsələləri üzrə hərbi nümayəndəsi, Britaniya səfirliyinin, İSAF və NATO - nun nümayəndələri Əfqanıstanda narkobiznes  məsələsinin mümkün həlləri ilə bağlı konfrans keçiriblər.

Əfqanıstanın Narkotiklərlə Mübarizə Nazirliyinin nümayəndəsi Zülmay Əfzəli konfransdan sonra jurnalistlərə bildirib ki, dünya ictimaiyyəti Əfqanıstanda narkobizneslə mübarizədə dəstək göstərəcək, qaçaqmalçılarla mübarizə üçün їtəhlükəsizlik kəməriї  yaradılacaq, bütün Əfqanıstan ərazisində həşiş kolluqlarının əkilməsinin qarşısını almaq məqsədilə layihə hazırlanacaq.

Əfqanıstan kəndləri sakinlərinin maddi problemləri və narkotiklərlə mübarizə üzrə xüsusi proqramın olmaması narkobizneslə mübarizənin mümkünsüzlüyünün səbəbidir.

O əlavə edib ki, Əfqanıstanın 18 dairəsində həşiş əkilməsi tamamilə dayandırılsa da, bəzi yerlərdə bu proses davam edir.

Bu il qaçaqmalçılar narkobizneslə  mübarizə təşkilatının 77 əməkdaşını qətlə yetirib, 100 nəfərdən çoxunu yaralayıblar. Əfqanıstanın qaçaqmalçıları cari ildə narkotiklərin satışından 5 mlrd. dollar vəsait əldə ediblər, - Əfzəli bildirib.

BMT - nin hesabatına əsasən, 2007-ci il ərzində Əfqanıstanda 8200 ton narkotik maddə istehsal edilib. Dünyada heroin və tiryəkin, müvafiq olaraq, 92 və 93 faizi Əfqanıstanda istehsal edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti