...

Gürcüstan əhalisinin əksəriyyəti hakimiyyətə etibar edir – sorğu

Siyasət Materials 13 Oktyabr 2008 11:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan əhalisinin böyük hissəsi hazırkı ölkə hakimiyyətinə çox və ya qismən etibar edir. Bu barədə həftəlik "Kviris palitra"nın (Həftənin palitrası) 403 oxucu arasında keçirdiyi sorğu məlumat verir.

Sorğulananların 9,7 faizi birmənalı şəkildə, 37,7 faiz isə çox və ya qismən hazırkı hakimiyyətə etibar edir.

Həftəliyin rəyi soruşulan oxucularının 38,6 faizi hakimiyyətə etibar etmir.

Respondentlərin 14 faizi hakimiyyətə etibarla bağlı verilən suala cavab verə bilməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti