Gürcüstan, Tbilisi, 15 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Aİ - nin sammiti çərşənbə günü Gürcüstandakı vəziyyəti və Gürcüstan - Rusiya münasibətlərini müzakirə edəcək. Sammit Tbilisi vaxtı ilə saat 14.00 - də işə başlayacaq.
Sammit iştirakçıları Rusiya ilə münasibətlərin hansı formada davam etdriləcəyini həll etmək niyyətindədirlər. Aİ hesab edir ki, Moskva qoşunlarının Gürcüstandan çıxarılması ilə bağlı Sarkozi -Medvedyev razılaşmasının bütün şərtlərini yerinə yetirməyib və buna görə də çərçivə razılaşması ilə bağlı işin yenidən bərpa edilməsi məsələsinin müzakirəsi təxirə salınacaq.
Aİ ölkələrinin liderləri Gürcüstana iqtisadi yardım qismində 500 mln.avro ayrılması, viza rejiminin sadələşdirilməsi və azad ticarətin tətbiq edilməsi məsələlərinə da baxacaqlar.
Bütün bu məsələlər Gürcüstan və Aİ arasındakı çərçivə razılaşmasına daxil ediləcək.
Gürcüstanın Aİ - dəki səfiri Salome Samadaşvilinin sözlərinə görə, Avropa İttifaqı viza rejiminin sadələşdirilməsi üzrə oktyabrın sonunda başlayacaq danışıqların mandatını formalaşdırıb. "Bu çox tez həll edilən məsələdir və mənə elə gəlir ki, yaxın vaxtlarda biz bu danışıqları sona çatdıracağıq", - o deyib.
Azad ticarət üzrə danışıqlar Tbilisidə artıq başlayıb.