...

Azərbaycanın Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiq edib

Siyasət Materials 22 Oktyabr 2008 10:58 (UTC +04:00)
Azərbaycanın Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrini təsdiq edib

Azərbaycan, Bakı, 22 oktyabr / Trend müxbir C.Babayeva/ Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü keçirdiyi iclasında prezident seçkisinin nəticələrini təsdiq edib.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin nəticələrini təsdiq olunması üçün bazar günü Konstitusiya Məhkəməsinə təqdim edib.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Qanununa əsasən, məhkəmə prezident seçkisinin nəticələrini rəsmən səsvermə günündən sonra 14 gün ərzində elan edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.

Azərbaycanda prezident seçkisi oktyabrin 15 - də keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Seçkilərin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb - 88.73 faiz.

İqbal Ağazadə - 2, 86 faiz, Fazil Qəzənfəroğlu - 2,47 faiz, Qüdrət Həsənquliyev - 2,28 faiz, Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Fuad Əliyev - 0,78 faiz, Hafiz Haçıyev - 0,65 faiz səs toplayıb.

Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumatına Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.

And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15 min manat məbləğində aylıq vəzifə maaşı alır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti