Gürcüstan, Tbilisi, 27 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Sahil mühafizə - patrul katerlərinin şəxsi heyəti oktyabrın 20 - 26 - da Noyştadt şəhərində (Almaniya) xüsusi təlim keçib. Gürcüstan Sərhəd Polisinin mətbuat xidmətindən verilən məlumata görə, treninqlər xilas və axtarış əməliyyatları üzrə keçirilib.
Təlimlər Gürcüstan Sərhəd Polisi və Almaniya Federal Polisi arasında 2008 - ci ildə hazırlanmış əməkdaşlıq planı çərçivəsində keçirilib.
Cari ildə Gürcüstanın sahil mühafizəsi Qara dənizdə altı xilasedici əməliyyat aparıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]