Azərbaycan, Bakı, 8 noyabr / Trend / Azərbaycanın iqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) sədrinin müavini Samir Adıgözəlli tutduğu vəzifəni və partiya sıralarını tərk edib. Bunu S.Adıgözəlli Trend -a telefonla bildirib.
S.Adıgözəlli bu qərarı, DADP-ın siyasi şurasının şəmbə günü keçirilən iclasında, qəbul etdiyini nəzərə çatdırıb. Onun söxlərinə görə, iclasin çağırılmasının məqsədi son zamanlar təşkilat daxilində baş verən hadisələr, çoxsaylı istefalar olub.
Partiyada iki aydan çoxdur ki, sədr müavini vəzifəsini tutan Adıgözəlli deyib: "Partiyada barışıq olmadığına görə, qarşılıqlı ittihamlar davam etdiyinə görə mən bu partiyadan ayrılıram".
Adıgözəlli siyasi şuranın iclasında parçalanmanın qarşısını almaq üçün təkliflərlə çıxış etdiyini qeyd edib. Adıgözəlli deyib ki, partiya sədri bu təkliflərə cavab olaraq, siyasi qurumu tərk edənlərə qarşı barışmaz mövqedə qalacağını və bundan sonra da partiyada təmizlənmənin aparılacağını nəzərə çatdırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]