Azərbaycan, Bakı, 8 noyabr / Trend / Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Heydər Əliyev adına hava limanına çəkilmiş yeni avtomobil yolunun kənarında və Zığ-Günəşli yamacında görülən yaşıllaşdırma işləri ilə tanış olmub.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlətimizin başçısına layihə əsasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, 11 kilometrdən çox məsafədə 240 min ədəd müxtəlif növ ağac əkiləcək. Layihəyə uyğun olaraq, burada suvarma sistemi də quraşdırılıb. Oktyabr ayının 25-dən sonra həmişəyaşıl ağacların əkilməsinə başlanılıb. İndiyə qədər 40 mindən artıq ağac əkilib. İndi təşkil olunan iməcilikdə nazirliyin müxtəlif idarə və təşkilatlarının 500-dən artıq əməkdaşı iştirak etdib, 6 hektar ərazidə körpə ağaclar basdırılıb.
Prezident İlham Əliyev ərazinin yaşıllaşdırılması layihəsi ilə tanışlıqdan sonra özü də ağac əkdi və su verdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]