...

İndoneziyada üç terrorçu edam edilib

Siyasət Materials 9 Noyabr 2008 03:53 (UTC +04:00)
İndoneziyada üç terrorçu edam edilib

İndoneziyada 2002-ci ildə Bali adasında baş vermiş və 202 nəfərin ölümünə səbəb olmuş partlayışda günahkar bilinən üç yaraqlı edam edilib.

38 yaşlı İmam Samudra, 47 yaşlı Amrozi Nurxasim və 48 yaşlı Əli Qufron Nusakambanq adasında yerləşən həbsxanada güllələniblər.

Bi-bi-si müxbirinin verdiyi məlumata görə terrorçuların edamı indoneziyada mənfi qarşılanmayıb. Əhalinin əksəriyyəti cinayətkarların edamınım yubadıldığını qeyd ediblər.

Hazırda İndoneziya təhlükəsizlik xidməti yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Belə ki, ekstremist təşkilatlar tərəfindən edama cavad aksiyalarının keçiriləcəyi ehtimal olunur.

Radikal qrupların üzvləri edam olunanların doğulduğu kəndlərdə toplaşaraq dəfn mərasiminə hazırlıq görürlər.

Edan hökmü elan edildikdən sonra, yaraqlılar bir neçə dəfə, əfv olunmaq üçün müraciət ediblər. Eyni zamanda onlar İndoneziyada islam xəlifəliyinin yaradılması üğrunda mübarizədə şəhid olmaq istəklərini də gizlətmirdilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti