Qazaxıstan, Astana, 12 noyabr/ Trend , müxbir K.Konırova/ Rusiyada prezident seçimi zamanı daxili millətçilik mövcuddur. Bu barədə çərşənbə günü Astanada keçirilən mətbuat konfransında İrina Hakamada bildirib.
"Obamanın Amerikada qalib gəlməsi fenomendir. Rusiya bundan çox uzaqdır. Amerika buna 200 -300 ildən sonra çatıb", - deyə Hakamada bildirib.
O hesab edir ki, digər millətin nümayəndəsinin Rusiyada keçirilən prezident seçkisində qalib gəlməsi real deyil. Ounun fikrincə, buna görə, Rusiyada "Qadının prezident olması çətin məsələdir, qeyri-rus qadının buna nail olması isə, fantastikadır".
"Rəhmətlik Starovoytova mənə deyirdi: İrina, siz çox ağıllısınız, siz prezident olmağa hazırsınız, lakin liberalçı kimi və yapon qanı ilə siz heç yana gedib çıxa bilməyəcəksiniz".
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]