...

İran Qafqazın problemlərinin güc tətbiq edilmədən həllinə səy göstərir – xarici işlər naziri

Siyasət Materials 19 Noyabr 2008 16:54 (UTC +04:00)
İran Qafqazın problemlərinin güc tətbiq edilmədən həllinə səy göstərir – xarici işlər naziri

İran, Tehran, 19 noyabr/ Trend , müxbir T.Cəfərov/ İran Qafqazdakı problemlərin güc tətbiq edilmədən həllinə səy göstərir, - İranın xarici işlər naziri Mənuçehr Möttəki çərşənbə günü Tehranda xarici jurnalistlər üçün mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, region ölkələrinin, eləcə də Avropanın bu problemlərin həllinə cəlb edilməsi üçün, XİN rəhbərliyi səviyyəsində məsləhətləşmələr aparılıb. "İran bu problemlərin real və ədalətli nizamlanmasına nail olmağa can atır", - o bildirib.

İranın xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, bu gün Qafqazın problemləri hamını narahat edir. Onun sözlərinə görə, problemlərin bir hissəsi o qədər çoxcəhətlidir ki, bir tərəfdən, ölkələr arasındakı problemlərin, digər tərəfdən, onların ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı məsələlərin həlli dayanır. Bu problemlərin mövcudluğu enerji sahəsində əməkdaşlığa, yük daşınmalarına və ümumilikdə iqtisadi münasibətlərə zərbə vurur, - Möttəki bildirib.

Nazir region ölkələrinin İranın təşəbbüslərini müsbət qiymətləndirmələri və hazırda Gürcüstan - Rusiyanın münasibətlərində  yaranan müsbət dəyişikliklərdən razılığını ifadə edib. "Və biz vəziyyətin bu axarda inkişaf etməsini istəyirik", - Möttəki bildirib.

Xəbər lenti

Xəbər lenti