Qazaxıstan, Astana, 27 noyabr/ Trend , müxbir K.Konırova/ Cümə axşamı Astanada keçirilən Ümumqazaxıstan Azərbaycanlılarının II qurultayında azərbaycanlıların Qazaxıstanın ictimai və siyasi həyatında iştirakı və onların inteqrasiyası məsələləri müzakirə olunur.
Trend -un Qazaxıstan paytaxtındakı xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan hökumətinin antiböhran proqramının müzakirəsi də gündəlikdə durur. "Qurultayda respublikanın bütün regionlarından 50-dən artıq nümayəndə iştirak edir", - deyə Qazaxıstandakı Azərbaycan mədəniyyət mərkəzlərinin prezidenti Vidadi Salahov bildirib.
Onun sözlərinə görə, ilk təsis qurultayı cari ilin yayında baş tutub. Azərbaycan mədəniyyət mərkəzlərinin rəhbəri Salahov bildirib ki, görüşün yekunu üzrə Qazaxıstan azərbaycanlılarının Azərbaycan və Qazpaxıstan liderlərinə xüsusi müraciətinin qəbul edilməsi planlaşdırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]