...

MDB ölkələrinin Milli KİV Forumu səmərəliliyini təsdiqləyib – RİA "Novosti"nin MDB və Baltika ölkələri Baş direktorluğunun rəhbəri

Siyasət Materials 3 Dekabr 2008 16:47 (UTC +04:00)
MDB ölkələrinin Milli KİV Forumu səmərəliliyini təsdiqləyib – RİA "Novosti"nin MDB və Baltika ölkələri Baş direktorluğunun rəhbəri

Rusiya, Moskva, 03 dekabr/ Trend , müxbir R.Ağayev/ MDB ölkələri Milli KİV Forumunun iki - üç günlük intensiv görüşlər şəklində keçirilməsinin üçillik təcrübəsi zəruriliyini və səmərəliliyini təsdiqləyib, -  RİA "Novosti"nin MDB və Baltika ölkələri Baş direktorluğunun rəhbəri Alan Kasayev bu gün Moskvada öz işini başa çatdıran MDB ölkələri Milli KİV Forumunun yekunları üzrə keçirilmiş Moskva - Bakı - Kişinyov - İrəvan videokörpüsü zamanı bildirib.

MDB ölkələrindən xeyli qonaq RİA "Novosti"də olur və burada fəal materiallar, səfərlər, jurnalistlərlə fəal mübadilə həyata keçirilir. "Bu əsasda, gələcəkdə MDB ölkələrinin informasiya məkanında layihələri uzlaşdıracaq təşkilati struktura çıxış mümkün hesab edilir", - Kasayev deyib.

RİA "Novosti" jurnalistlər üçün yay məktəbləri keçirir,  MDB ölkələrindən olan həmkarları ilə müntəzəm informasiya mübadiləsi aparır və gələcəkdə digər birgə informasiya layihələrinin həyata keçirilməsinə açıqdır, - RİA "Novosti"nin nümayəndəsi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti